Dərc edilib: 15-06-2018

https://www.nuh.az/16184-.html

Litvada azərbaycanlı amerikalı hərbçini yumruqladı

15.06.2018 19:20:36

Müsahibə

Litvanın Kaunas şəhərində amerikalı hərbçi Azərbaycan vətəndaşı ilə dalaşıb.

 olke.az   xəbər verir ki, insident gecə saatlarında şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
"Gecə saat iki radələrində müşahidə kamerası 3 nəfərin iştirakı ilə davanı qeydə alıb”, - deyə polisdən bildirilir.
Dalaşanlardan biri adi paltarda olan ABŞ hərbçisi olub. Onunla dalaşan iki nəfər isə Azərbaycan vətəndaşı olub. Hər üç şəxs sərxoş olub. Ən yüksək dozalı spirtli içkini isə amerikalı qəbul edib. ABŞ hərbçisinin sifətinə yumruq zərbəsi endirən azərbaycanlı saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib