Dərc edilib: 16-06-2018

https://www.nuh.az/16199-.html

Nazir polis rəisini azad etdi

16.06.2018 18:15:56

Region

İmişli rayon Polis Şöbəsinin rəisi işdən çıxıb.
Polis polkovniki Ayaz Cəfərov Daxili İşlər naziri Ramil Usubova raport yazaraq vəzifədən azad edilməsini xahiş edib. 
Raportu qəbul edən R.Usubov polis rəisinin işdən çıxarılması ilə bağlı əmr imzalayıb.
Hazırda İmişli rayon Polis Şöbəsinin rəisi vəzifəsini əməliyyat üzrə müavin icra edir/Lent.az.

NUH informasiya agentliyi səhifəsindən çap edilib