Dərc edilib: 20-06-2018

https://www.nuh.az/16227-.html

36 yaşlı siyasətçi Gürcüstanın baş naziri oldu

20.06.2018 20:28:06

Dünya

Xəbər verdiyimiz kimi, 13 iyunda Gürcüstanda baş nazir Giorgi Kvirikaşvilinin prezidentlə fikir ayrılığı səbəbindən istefa vermişdi.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iqtidardakı “Gürcüstan Arzusu - Demokratik Gürcüstan” partiyası yeni baş nazir olaraq 36 yaşlı sabiq maliyyə naziri Mamuka Baxtadzenin namizədliyini irəli sürmüşdü.

Bu gün Baxtadzenin namizədliyi təsdiqlənib və o, Gürcüstanın yeni baş naziri olub.

Yaxın saatlarda yeni hökumətin tam tərkibinin müəyyənləşəcəyi də gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib