Dərc edilib: 21-06-2018

https://www.nuh.az/16232-.html

Azərbaycanda müəllimlərin maaşı açıqlandı: 700-900 manat

21.06.2018 13:01:25

İqtisadiyyat

"2014-2017-ci illərdə Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçib". 

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev Nazirliyin hesabat tədbirində deyib.
Şöbə müdiri qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizinin maaşı 900 manat və daha çoxdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib