Dərc edilib: 22-06-2018

https://www.nuh.az/16242-.html

Pambıqçıların zəhərlənməsinə görə 3 vəzifəli şəxs həbs olundu

22.06.2018 10:23:48

Hadisə

İmişli bitki mühafizə idarəsinin rəisi Qəhrəman Qəhrəmanov həbs olunub.


 Avropa.info-nun  məlumatına görə, Qəhrəman Qəhrəmanov İmişli rayonunda pambıqçıların zəhərlənməsi hadisəsinə görə saxlanılıb.

Bundan əlavə, MKT-İK MMC İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyev və həmin müəssisənin aqronomu Surxay adlı şəxs də həbs olunub. Həbs olunan şəxslərin barəsində cinayət işi başlanılıb, cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılır.

Zəhərlənmə hadisəsi ilə məsuliyyət daşıyan vəzifəli şəxslərin həbsinin davam edəcəyi bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib