Dərc edilib: 22-06-2018

https://www.nuh.az/16249-.html

Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 16:26:23

Region

Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları azərbaycanlı diplomatın oğlunu saxlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə fontanka.ru saytı məlumat yayıb. Saxlanılan 27 yaşlı Emil Osmanov qanunsuz bank fəaliyyətində ittiham olunur. Məlum olub ki, Osmanov Vyanadan Minskə gəlib və orada diplomatın oğlunu şəxsi sürücüsü gözləyib. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Osmanovu təqib ediblər və gənc biznesmen Rusiya ilə sərhədi keçərkən saxlanılıb. E.Osmanov kortejlə Peterburqa aparılıb. Qeyd edək ki, Emil Osmanov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun oğludur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib