Dərc edilib: 27-06-2018

https://www.nuh.az/16299-.html

Gömrük Komitəsinə 1-ci müavin təyin olundu

27.06.2018 11:06:40

Günün sitatı

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə birinci müavin təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə gömrük xidməti general-mayor İsmayıl Hüseynov gətirilib. Təyinat bu günlərdə həyata keçirilib

DGK-nın mətbuat xidməti də faktı redaksiyaya təsdiqləyib.

Qeyd edək ki, İ. Hüseynov bir ay əvvəl Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib