Dərc edilib: 27-06-2018

https://www.nuh.az/16305-.html

73 min manat "qan pulu"nu yeyən ifşa olundu ?

27.06.2018 12:42:40

Müsahibə

Ölkə mətbuatının verdiyi xəbər görə 2016-cı il, yanvar ayının 10-da Bakının“Medilux” klinikasında əməliyyat olunan 1967-ci il təvəllüdlü, Tovuz rayon sakini, Təranə Vaqif qızı Müseyibova elə klinikada dünyasını dəyişib.


“Qafqaznews.az bildirir ki, vəfat edən qadının qohumları Qafqaz Xəbər Agentliyinə müraciət edərək, məsələni araşdırmağı və problemi işıqlandırmağı xahiş ediblər. Həmçinin, redaksiyamıza yenidən müraciət edən mərhumun yaxınları istintaq prosesinin ləng getməsindən, ekspertiza nəticələrinin açıqlanmasının yubadılmasından narahat olmalarını qeyd ediblər. Biz məsələ ilə bağlı araşdırma aparmağa, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyindən də eskpertiza nəticələrini öyrənməyə çalışdıq. Ordan bizi prokurorluq orqanlarına yönəltdilər. Son 2 ay ərzində bir neçə dəfə istintaq gedişiylə məlumat almağa çalışsaq da, hələ bir nəticə yoxdur. Qeyd edək ki, işi Nərimanov Rayon Prokurorluğu araşdırır (mərhumun yaxınlarının dediyinə görə, iş Ceyhun adlı müstəntiqdədir – red.) Mərhum Təranə Müseyibovanın qohumları da işin yubadıldığını, ölüm hadisəsində günahı olanların məsuliyyətə cəlb olunmadığını vurğulayıblar. Şikayətçi qohumlar əmindirlər ki, T.Müseyibova məhz həkimin uğursuz əməliyyatı və səhlənkarlığı nəticəsində ölüb . Onlar cərrah Dilqəm Məhərrəmovun məsuliyyətə cəlb edilməsini, ölüm hadisəsinin araşdırılmasını tələb edirlər”,-məsələ ilə bağlı yazıların birində bildirilirdi.

365info saytına daxil olan yeni məlumata görə Dilqəm Məhərrəmovun qaynatası, tovuzlu iş adamı, “Turan” Futbol Klubunun keçmiş prezidenti Vahid Əhmədov bu məsələnin yat-yut olmasına nail olmaq üçün mərhumun yaxın qohumu, keçmiş polis işçisi, AR CM-nin 29 – 206-cı maddələri ilə məhküm olunmuş T.Tağıyevlə görüşüb. Və mərhumun yaxınlarını sakitləşdirmək üçün T.Tağıyev Vidadi Əhmədovdan 73 min manat pul alaraq söz verib ki, “Qafqaz Xəbər Agentliyi”-nin saytlarından Dilqəm Məhərrəmovla bağlı yazıları sildirəcək. Və bu günləri T.Tağıyev həmin yazıları saytlardan sildirə bilmədiyi üçün “Qafqaz Xəbər Agentliyi”-nin məsul şəxslərini ölümlə hədələyir, onlara soraq göndərir ki, əgər həmin yazılar saytlardan çıxarılmasa guya killer tutub jurnalistləri öldürtdürəcək.

Əldə etdiyimiz məlumata görə bu məsələ ilə bağlı artıq “Qafqaz Xəbər Agentliyi”-nin məsul şəxsləri hüquq mühafizə orqanlarına müraciət ediblər.

Apardığımız araşdırmalara görə T.Tağıyev törətdiyi cinayətlərə görə 2006-cı ildə DİO-dan qovulsa da hələ də özünü hamıya DİN-nin əməkdaşı kimi təqdim edir. Çox güman T.Tağıyevin “əmri” ilə yazılar saytlardan çıxarılmadığı üçün Dilqəm doktorun qaynatası 73 min manatını T.Tağıyevdən geri tələb edir.

Ancaq 365info-nun da əldə etdiyi məlumata görə T.Tağıyev bu günəcən kimdən nə pul alıbsa, geri heç nə qaytarmayıb. Görünür Vahid Əhmədov da pulunu almaq üçün T.Tağıyevi hələ çox axtarmalı olacaq…

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib