Dərc edilib: 27-06-2018

https://www.nuh.az/16311-.html

EMİLAND şirkəti ŞALVAR tikir, yoxsa BİNA ?

27.06.2018 15:13:44

Mədəniyyət

“Emiland”  kişi  kostyumları  tikən  şirkətlə bağlı NUH.az-a daxil olan məlumat təəccübümüzə səbəb oldu.

 

Daxil olan məlumatdan bəlli olur ki, şirkət həm də tikinti biznesi ilə məşğul olur. Daha dəqiq desək  “Emiland”  şirkətinin  sahibi  Hikmət Hüseynov  ETO HOUSE  MTK tikinti  şirkətinin  sahiblərindən biridir. MTK  hazirda Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev , C.Hacibəyli  və  M.Qaşhqay küçələrinin kəsişməsində çoxmərtəbəli  yaşayış binası inşa edir.

Sözün düzü, şalvar tikən şirkətin həm də bina tikməsi marağımıza səbəb oldu.

Emiland şirkəti ilə bağlı media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, şirkətin əmək müqaviləsi olmadan işçiləri uzun müddət istismar etməsi, vergidən yayınması və keçmiş MTN şefi Eldar Mahmudovla isti əlaqələri barədə mediada  xeyli yazılıb və yazılanlar şirkət tərəfindən təkzib olunmayıb.

Keçmişdə qalan bu məlumatlarla bağlı bəlkə də barışmaq olardı. Ancaq Hikmət  Hüseynovun ETO MTK-sı bugün də öz neqativ əməllərindən qalmır. Tikdiyi göydələn ətrafda yaşayanlar üçün əsl problemə çevrilib, ətrafdakı küçələri bərbad  vəziyyətə salıb. Görünür Hikmət Hüseynov ölkə başçısı cənab İlham Əliyevin sahibkarlara verdiyi tövsiyyəni unudur.  Cənab prezident dəfələrlə bildirib ki, inşaat  şirkətləri tikinti aparılan ərazidə abadlıq və yaşıllaşdırma işləri aparmalı, sakinlərə problem yaratmamalıdır. Görünür, Hikmət Hüseynov şalvar tikməklə bina tikməyi səhv salıb.

Məlumat üçün onu da qeyd edək ki, ETO adındakı “T” hərfi  keçmiş vergi işçisi və Hikmət Hüseynovun qohumu T-eymur müəllimin adının baş hərfidir.

Qarşı tərəfin fikirini öyrənmək üçün  “Emiland” şirkətinin saytındakı telefona zəng etsək də cavab verən olmadı.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib