Ərdoğanla Baxçalı razılaşdı
Türkiyədə 2016-cı il 21 iyun tarixində elan edilən Fövqəladə Vəziyyət (OHAL) ləğv edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ilə görüşərək Fövqəladə Vəziyyətin uzadılmaması barədə razılıq əldə edib.
Tərəflər Ankaradakı prezident sarayında bir araya gəlib.
Qeyd edək ki, "OHAL" 2016-cı il 15 iyun tarixindəki hərbi çevriliş cəhdindən sonra elan edilmişdi.