Dərc edilib: 28-06-2018

https://www.nuh.az/16326-.html

Temperatur 43 dərəcə olacaq - Nazirlikdən xəbərdarlıq

28.06.2018 13:44:05

LIVE

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti növbəti dəfə əhaliyə xəbərdarlıq edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 02-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 02-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib