Dərc edilib: 28-06-2018

https://www.nuh.az/16330-.html

İcra başçısının oğlu 1 milyon manata obyekt aldı - Səlim Müslümovun dayısı oğlu biznesini böyüdür + FOTO

28.06.2018 17:12:30

Cəmiyyət

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.

İcra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki "Bellezza" gözəllik mərkəzini istifadəyə verib. 
Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.
Qeyd edək ki, Dəyanət Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır/unikal.org
Onu da qeyd edək ki, D.Seyidəliyev həm də sabiq nazir Səlim Müslümovun dayısı oğludur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib