Dərc edilib: 08-07-2018

https://www.nuh.az/16443-.html

Hacıbala Abutalıbovun bazarı yandı? - FOTOLAR

08.07.2018 20:05:44

Mədəniyyət
Bakının Nərimanov rayonunda, son bir neçə həftə ərzində, tikinti materialları bazarı artıq üçüncü dəfədir ki, yanır.

 virtualaz.org  xəbər verir ki, Nərimanov rayonunda yanan tikinti materialları bazarı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovaməxsusdur.
Bundan başqa o da məlum olub ki, bu həmin bazarda il ərzində baş verən 32-ci yanğın hadisəsidir.
Tikinti materialları bazarında yeni yanğınla bağlı yayılan xəbəri isə FHN təkzib edib.
 
Qaynarinfo-nun verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib