Dərc edilib: 09-07-2018

https://www.nuh.az/16454-.html

Ərdoğan and içdi, Türkiyə yeni sistemə keçdi - Fotolar

09.07.2018 18:37:03

Reportaj

Türkiyədə ötən ay yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində baş tutan inaqurasiyada liderin xanımı Əminə Ərdoğan, xarici ölkə liderləri və rəsmiləri iştirak ediblər.

Andiçmədən sonra Türkiyə parlament idarəetmə üsulundan prezident idarəetmə formasına keçmiş sayılacaq. 

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan andiçmədən sonra Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcək, daha sonra Külliyədəki “Prezident səlahiyyətlərini yerinə yetirməyə başlama mərasimi” nə qatılacaq.  

Qeyd edək ki, inaqurasiya mərasimində Azərbaycanı baş nazir Novruz Məmmədov təmsil edir.

 

 






 

NUH informasiya agentliyi səhifəsindən çap edilib