Dərc edilib: 12-07-2018

https://www.nuh.az/16488-.html

İşıqlar söndü, Bakı metrosunda hərəkət dayandı

12.07.2018 17:48:32

Dünya

Bu gün paytaxtın elektrik enerji təchizatında yaranmış problem "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətinin dayanmasına səbəb olub. 
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib