Dərc edilib: 14-07-2018

https://www.nuh.az/16504-.html

İŞİD Pakistanı qana boyadı - 132 ölü, 230-dan çox yaralı+Yenilənib

14.07.2018 10:05:13

Dünya

Pakistanın Bəlucistan və Hayber Pahtunhva əyalətlərində seçkiqabağı keçirilən mitinq qana boyanıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, mitinq zamanı törədilən ardıcıl partlayışlar nəticəsində aralarında bir nəfər millət vəkili namizədi Nəvabzadə Sirac Raisəni də olmaqla, azı 75 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürüb.

***

Baş vermiş terror aktı nəticəsində ölən və yaralananların sayı artıb. 132 nəfərin öldüyü, 230-dan çox insanın yaralandığı bildirilir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib