Dərc edilib: 15-07-2018

https://www.nuh.az/16530-.html

11 MİLYON TONLUQ buz parçası Qrelandiyaya yaxınlaşır

15.07.2018 14:00:40

Hadisə

Qrenlandiyadadakı İnnaarsuit qəsəbəsi 11 milyon ton buz parçası təhlükəsi ilə üz-üzədir.
Qaynarinfo "Washington Post"a istinadən xəbər verir ki, qəsəbə nəhəng buz hissənin parçalanması və yağışların yağması ilə sunami təhlükəsi ilə qarşılaşa bilər. Ərazi artıq qismən təxliyə edilib. 33 nəfər təhlükəsiz yerə köçürülüb.
Qeyd edək ki, ötən il baş verən zəlzələ ilə sunami yaranmış, 4 nəfər dünyasını dəyişmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib