İranda silahlı qarşıdurma: 11 əsgər öldü, 8-i yaralandı
İranın Marivan şəhərində təhlükəsizlik əməkdaşları ilə qeyri-müəyyən qrup arasında silahlı qarşıdurma yaşanıb.
Qaynarinfo xəbər verir ki, Kürdüstan əyalətinin polis rəisi Rza Mirzayinin sözlərinə görə, gecə saatlarında baş verən qarşıdurma zamanı 11 əsgər ölüb, 8 nəfər isə yaralanıb.
Terrorçuların hansı qruplaşma üzvü olduqları hələlik bilinmir.