Merkel Bakıya gələcək
Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfər edəcək.
"Sputnik" xəbər verir ki, kansler regional turnesi çərçivəsində avqustun ikinci yarısında səfərinə başlayacaq. Angela Merkel avqustun 23-də Tbilisidə, 24-də Yerevanda, 25-də isə Bakıda rəsmi ziyarətdə olacaq.
O, ölkə rəhbərləri ilə görüşlər keçirəcək. Merkelin səfər proqramı hələlik məlum deyil.