Dərc edilib: 23-07-2018

https://www.nuh.az/16619-.html

Ağdamın işğalından 25 il ötür VİDEO

23.07.2018 13:39:19

Region

Bu gün Ağdam rayonunun işğalından 25 il ötür. 

“Qafqazinfo” xəbər verir ki, işğal 1993-cü ilin bu günü baş verib. Nəticədə ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir.

İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. 

İşğal edilmiş Ağdam şəhəri və 87 kənd darmadağın edilərək yerlə yeksan olunub.  Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib