Neptun marketi alıcıları aldadır
Bir neçə gün əvvəl "Neptun" supermarketində alıcılara vaxtı keçmiş məhsulların satılması ilə bağlı məlumat yayılmışdı.
NUH.az-a daxil olan məlumata görə, "Neptun" supermarketi fövqəladə hallar naziri Kəmaləddin Hüeydərovun biznes şəbəkəsinə daxildir.
***
Paytaxtın Tbilisi prospektində yerləşən "Neptun" supermarketində istifadə müddəti bitmiş ərzaqlar satılır.
Bu barədə mediaya mağazanın müştərilərindən biri məlumat verib. O, bu gün supermarketdən "Oreo" firmasının peçenyesini aldığını, lakin sonradan istifadə müddətinin bitdiyini görüb:
"Məhsulun 1 aya yaxındır istifadə müddəti bitsə də, hələ də vitrində satılır. Xahiş edirəm məsələni işıqlandırın ki, insanlar məhsul alarkən daha diqqətli olsunlar", - deyə müştəri qeyd edib.