Dərc edilib: 30-07-2018

https://www.nuh.az/16700-.html

Bu gün intihar etmək istəyəni Novruz Məmmədov xilas edib

30.07.2018 11:03:37

Günün sitatı

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində - “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək isətyən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb. 


 musavat.com   xəbər verir ki, həmin şəxs həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. 

Bu zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.
 
İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub və baş nazir həmin şəxsi fikrindən daşındırıb. Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib