Dərc edilib: 30-07-2018

https://www.nuh.az/16705-.html

İstiqlalçı deputatla vida mərasimi keçirilir

30.07.2018 12:08:52

Mədəniyyət

Xəbər verildiyi kimi, dünən istiqlalçı deputat Məryəm Həsənova vəfat edib. 

 

musavat.com  xəbər verir ki, uzun illər Siyəzəndə müəllimə, orta məktəb direktoru vəzifəsində çalışan Məryəm Həsənova milli-azadlıq hərəkatının iştirakçılarından idi. O, 1990-cı ildə keçirilən parlament seçkilərində AXC-dən deputat seçilmiş, Demblok fraksiyasını üzvü olmuşdu.

M.Həsənova ilə vida mərasimi bu gün Təzəpir məscidində keçirilib. Onun hüzr məclisinə keçmiş hərəkat yoldaşları, sabiq deputatlar toplaşıblar.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib