Dərc edilib: 03-08-2018

https://www.nuh.az/16751-.html

Vüsalə Mahirqızı APA-nın aqibəti haqda danışdı

03.08.2018 16:07:49

Müsahibə

"APA Holding”in prezidenti Vüsalə Mahirqızı bu media quruluşuna daxil olan saytların bloklanması ilə bağlı açıqlama verib.
Holding rəhbəri "Facebook" hesabından qısa açıqlama yayıb: 
"Müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, "APA Holding"ə daxil olan saytların fəaliyyəti avqustun 1-də axşam saatlarında dayandırılıb. Nəticədə Apa.az, Lent.az, Vesti.az, APA.TV saytlarına giriş məhdudlaşıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib