Dərc edilib: 06-08-2018

https://www.nuh.az/16786-.html

Ramil Usubovdan yeni rəis təyinatı

06.08.2018 10:25:14

Cəmiyyət

Dövlət Yol Polisi sistemində rəhbər vəzifəyə yeni təyinat olub. 
Avtosfer.az   xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə polis-kapitanı Əsədov Fizuli Paşa oğlu təyin olunub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Qeyd edək ki, Fizuli Əsədov indiyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib