Dərc edilib: 06-08-2018

https://www.nuh.az/16789-.html

Maşınla adam öldürən dünya çempionunun məhkəməsi başlayır

06.08.2018 11:13:27

Kriminal

Bakıda maşınla adam vurub öldürən dünya çempionu Urxan Orucovun məhkəməsi başlayır.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.

U.Orucov idarə etdiyi “BMW” markalı avtomobillə Maştağa qəsəbə sakini, 31 yaşlı Səlim Zülfüqarovu vurub və hadisə yerindən qaçıb. S.Zülfüqarv vəfat edib, U.Orucov isə saxlanılaraq həbs edilib

Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Onun ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə avqustun 9-da ilkin hazırlıq iclası keçiriləcək.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib