Dərc edilib: 12-08-2018

https://www.nuh.az/16808-.html

Sumqayıtda bir nəfər güllələndi

12.08.2018 16:45:16

Kriminal

Sumqayıt şəhərində ölümlə nəticələnən silahlı insidet baş verib.


 “Report”  xəbər verir ki, şəhər ərazisində təqribən 40-45 yaşlı kişi açılan atəş nəticəsində dünyasını dəyişib.

Qətli törədən şəxs hadisə yerindən qaçmağa nai olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Hadisəni törədən şəxsin yerinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib