Dərc edilib: 08-09-2018

https://www.nuh.az/17120-.html

Fərhad Əliyev keçmiş köməkçisinə vəzifə verdi

08.09.2018 13:06:17

Reportaj

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib.


 Unikal.org  xəbər verir ki, F. Əliyev həmin müəssisəyə bir vaxtlar onun köməkçisi vəzifəsində çalışmış Elşad Abbasovu direktor təyin edib. Sabiq nazirin yaxın qohumu olan Əlibala Əliyev isə direktor müavini olub. Qeyd edək ki, "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə 29 iyul 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Şirkət Sumqayıt Kimya Sənaye Parkının 2,5 ha torpaq sahəsində Almaniya texnologiyası əsasında ildə 30 min ton sürtkü yağlarını istehsal edəcəkdir. Məlumata görə, F. Əliyev Sumqayıt Kimya Sənaye Parkı ərazisində daha bir müəssisə inşa etdirmək istəyir. Qeyd edək ki, Fərhad Əliyevin özü isə İçərişəhərdəki ofisində əyləşir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib