Dərc edilib: 10-09-2018

https://www.nuh.az/17146-.html

Putin bu tarixdə Bakıya gələcək

10.09.2018 14:54:59

Siyasət

Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı danışıb. O, hər iki dövlət başçısının görüş zamanı sentyabrın 1-də Soçidə baş tutan görüşdə müzakirə edə bilmədikləri məsələlərə toxunacaqlarını vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib