Dərc edilib: 16-09-2018

https://www.nuh.az/17190-.html

Nikol Paşinyan: “Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir”

16.09.2018 09:24:39

İdman

"Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir. Lakin, bu, o demək deyil ki, onlar qanun qarşısında cavab verməməlidirlər”.

 "Report”   xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, Ermənistanda R.Koçaryan adda siyasi faktor yoxdur.
Hökumət başçısı R.Koçaryanın onun barəsində dediyi "Nikol Paşinyan mənimlə mübarizə apardığına görə peşman olacaq” fikrinə də münasibət bildirib: "Bununla Koçaryan siyasi prosesləri dərketmə səviyyəsini göstərir. Bu, onlar üçün küçə mübahisəsi deyil ki, uduzanlar gedərkən "sən peşman olacaqsan” desinlər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib