Putinlə Ərdoğan nədən danışacaqlar?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin sabah gerçəkləşəcək Soçi görüşündə müzakirə edəcəkləri məsələlər açıqlanıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, tərəflər Türkiyə-Rusiya əməkdaşlığı, siyasət, iqtisadiyyat və enerji gündəmində olan məsələlər, Suriya başda olmaqla, regional və beynəlxalq problemləri müzakirə edəcək.