Dərc edilib: 18-09-2018

https://www.nuh.az/17220-.html

Axtarışda olan tanınmış bank sədri həbs olundu - 20 milyonluq mənimsəmə

18.09.2018 14:59:48

Kriminal

Azərbaycanın axtarışa verdiyi “Nikoil Bank”ın idarə heyətinin keçmiş sədri Vasiliy Xamaza Rusiyada saxlanılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir  ki, federal və beynəlxalq cinayət axtarışında olan 60 yaşlı keçmiş bank sədri sentyabrın 17-də Moskvada ələ keçib. Barəsində həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, keçmiş sədrə Azərbaycanda  Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb. O, 20 milyon manat mənimsəməkdə ittiham olunur. 

Xatırladaq ki, V. Xamaza 2005-ci ildən 2017-ci il iyul ayınadək bankın İdarə Heyətinin sədri olub

NUH informasiya agentliyi səhifəsindən çap edilib