Dərc edilib: 20-09-2018

https://www.nuh.az/17236-.html

İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi

20.09.2018 00:08:41

Kriminal

Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda silahlı basqına məruz qalıb.
 
 “Cnnturk”   xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib.

Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu Gözəl Dəmirov adlı şəxsin həyata keçirdiyi bildirilir. Hazırda onun axtarışları aparılır.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib