Dərc edilib: 03-10-2018

https://www.nuh.az/17367-.html

Qadın şahmatçılarımız Gürcüstanı məğlub etdi

03.10.2018 08:13:01

Günün sitatı

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb - 2,5:1,5.
Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb. 
Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib