Dərc edilib: 04-10-2018

https://www.nuh.az/17386-.html

İlham Əliyev İraq prezidentini təbrik edib

04.10.2018 18:10:20

Siyasət

Prezident İlham Əliyev iraqlı həmkarı Bərham Salehə təbrik məktubu yollayıb.


 AzərTac  xəbər verir ki, Əliyev Bərham Salehi İraq prezidenti seçilməsi münasibəti ilə təbrik edib:

“Hörmətli cənab Prezident,

İraq Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İraq arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İraq xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib