Dərc edilib: 06-10-2018

https://www.nuh.az/17401-.html

Hindistan Rusiyadan 5 milyard dollarlıq “S-400” olacaq

06.10.2018 08:31:50

Dünya

Hindistan hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün Rusiyadan 5 milyard dollarlıq “S-400” kompleksi alacaq.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Valdimir Putinin Hindistana səfəri zamanı bu ölkənin baş naziri Narendra Modi ilə görüşündə razılıq əldə edilib.

Görüşdə nüvə enerjisi və kosmik araşdırmalar da müzakirə edilib.

Qeyd edək ki, Hindistan dünyada ən çox hərbi texnika alan ölkələrdən biridir və bu texnikaların 70 faizini Rusiyadan alır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib