Dərc edilib: 06-10-2018

https://www.nuh.az/17402-.html

Müslüm Maqomayevin həyatı ekranlaşdırılır

06.10.2018 08:44:30

Cəmiyyət

Mərhum Xalq artisti Müslüm Maqomayev haqqında serial çəkilir.

Qaynarinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, serialın çəkilişi Bakıda başlayıb.
Ekran işi Rusiyanın Birinci kanalının sifarişi ilə həyata keçirilir. Serialın rejissoru isə Oleq Asadulin olacaq.
Maqomayev rolunu aktyor Miloş Bikoviç canlandıracaq. Serialın yayım tarixi bəlli olmasa da, prodüserinin Xalq artisti Emin Ağalarov olduğu məlumdur.
Qeyd edək ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də vəfat edib və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib