Dərc edilib: 07-10-2018

https://www.nuh.az/17415-.html

Bakı metrosunda qatarlar üz-üzə gəldi ŞOK - Video

07.10.2018 07:20:33

Hadisə

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

 

Goldnews.az   xəbər verir ki, metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

“Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks tərəfə istiqamət edən qatar çıxıb. Xoşbəxtlikdən toqquşma baş verməyib. 

***

“Bakı Metropoliteni”nin mətbuat xidməti Bəxtiyar Məmmədov Oxu.az-a açıqlamasında bildirib ki, hadisə ötən gün saat 13:15-də radələrində baş verib:

“Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”. 

Qurum rəsmisi qeyd edib ki, nasazlıq yaranan qatar texniki qaydalara uyğun olaraq depoya göndərilib

NUH informasiya agentliyi səhifəsindən çap edilib