Berluskoni Qara dənizlə bağlı bütün "şübhələr"ə son qoydu (FOTO)
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Qara dəniz haqqında bütün "şübhələr"i bir foto ilə aradan qaldırıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, "Twitter" səhifəsində Qara dəniz fonunda çəkdirdiyi şəklini paylaşaraq bunları yazıb:
"Mən daha bir geniş yayılmış "yalan"ın üstünü açdım: Qara dəniz qara deyil, gözəl dolğun göy rəngdədir…".
