Dərc edilib: 13-10-2018

https://www.nuh.az/17507-.html

Arif Əzizova Prezidentin fərdi təqaüdü verildi

13.10.2018 08:15:56

Siyasət

Prezident İlham Əliyev Arif Əzizova Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasında tikinti və tarix-memarlıq abidələrinin bərpası sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Bəylər oğlu Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib