Dərc edilib: 27-10-2018

https://www.nuh.az/17678-.html

Azərbaycana qar yağdı

27.10.2018 08:12:12

Hadisə

Azərbaycanın şimalında dəniz səviyyəsindən 2000 metrdən yüksək ərazilərə qar yağmağa başlayıb.

“Qafqazinfo”nun Şimal bürosu xəbər verir ki, Qar Qubanın Cek, Əlik, Haput, Qalaxudat, Qrız, Buduq, Xaltan və Xınalıq kəndlərinə, Qusarın isə Ləzə kəndinə yağır.

Qarın hündürlüyü hələlik 1-3 sm təşkil edir. Temperatur isə ötən günə nisbətən aşağı düşüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib