Dərc edilib: 28-10-2018

https://www.nuh.az/17692-.html

Gürcüstanda prezident seçkiləri keçirilir

28.10.2018 10:04:28

Region

Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir.
Qaynarinfo xəbər verir ki, seçki bülletenində 25 namizədin adı yer alıb. Akaki Asatiani və Vaxtanq Qabuniya isə namizədliyini geri çəkib. Əsas mübarizənin Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında baş tutacağı proqnozlaşdırılır. Dövlət başçısı 6 il müddətinə təyin ediləcək.
Azərbaycanın Gürcüstanda yerləşən səfirliyində 3 seçki məntəqəsi yaradılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib