Dərc edilib: 29-10-2018

https://www.nuh.az/17697-.html

Əliyevlə xanımı yeni yolun açılışında

29.10.2018 12:18:01

Siyasət

Oktyabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gedib.


“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlət başçısına və birinci xanıma məlumat verib.

***

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin və Bayraq Muzeyinin açılışında iştirak ediblər.

***

Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva eyni zamanda, Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib