Azərbaycanda 1 milyon dollarlıq layihə (FOTO)
Kənd Təsərüfatı Nazirliyinin AMAL layihəsinin (Aqrar Məşğulluğun Artırılması Layihəsi) həyata keçirilməsinə 1 milyon dollarlıq büdcə ayrılıb.
Qaynarinfo xəbər verir ki, bunu AMAL layihəsinin təqdimatına həsr olunmuş mətbuat konfransında Azərbaycan FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmakdeyib.
O, bildirib ki, bu proqram kənd təsərrüfatının şaxələndirilməsində böyük önəm daşıyır.