Dərc edilib: 09-11-2018

https://www.nuh.az/17843-.html

Paşinyanın romanından: Qazaxa balıq tutmağa gedirdik

09.11.2018 09:33:19

Region

Ermənistan KİV-ləri baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Yerin əks tərəfi” adlı siyasi romanından bəzi hissələri çap edib. 

Oxu.Az xəbər verir ki, Erkramas saytı Paşinyanın Sovet dönəmində Azərbaycan SSR-nın Qazax rayonuna səfərindən təəssüratları bölüşdüyü avtobioqrafik romanından bir fraqmentə yer verib: 
"Hər səhər saat 7-də qırmızı avtobus İdjevan bazarının qarşısından Qazaxa gedirdi. Bazar günləri atamla birgə Qazax su anbarına balıq tutmağa yollanırdıq. Bax burada Sovet Ermənistanı bitir və Sovet Azərbaycanı başlayır. Və mən anlaya bilmirəm ki, təbiət insanların çəkdiyi sərhədlərə necə uyğunlaşa bilər? Necə olur ki, sərhədin bu tərəfində bir cür təbiətdir, digər tərəfində başqa? Axı sərhədləri insanlar çəkir, təbiət isə sərhəd tanımır? Kənd sakinləri ilə söhbətlərdən sonra anlayıram ki, təbiət sərhədlərə uyğunlaşmayıb, biz təbiətə uyğunlaşmışıq...”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib