Dərc edilib: 11-11-2018

https://www.nuh.az/17862-.html

Zamirə Hacıyeva London küçələrində - Video

11.11.2018 11:02:07

Hadisə

8 Noyabrda Londonda Ali Məhkəmənin qərarı ilə zaminə buraxılan Zamirə Hacıyeva “Charing Cross” polis bölməsində imza verməyə gəlib.


 “Yeni Müsavat”   xəbər verir ki, o, jurnalistlərin sualını cavablandırmayıb. “Məni tək buraxın”,- deyə jurnalistlərin sualına cavab verməkdən imtina edən Z.Hacıyeva üzünü kağız ilə gizlədib. 

Qeyd edək ki, keçirilən məhkəmə iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxmamalıdır. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib