Dərc edilib: 12-11-2018

https://www.nuh.az/17874-.html

Öldürülən Qaşıqçının son sözləri: "Böğuluram, çuvalı başımdan çıxarın"

12.11.2018 12:31:07

Dünya

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən öncə dediyi son sözlər ortaya çıxıb.

qafqazinfo-un  xəbərinə görə, Türkiyənin "Sabah” qəzetinin müxbiri Nazif Karaman Səudiyyə Ərəbistanının konsulluğunda tapılan səs qeydinə əsasən, jurnalistin 7 dəqiqə ərzində öldürüldüyü məlum olub.
O, Qaşıqçının son dəfə "Boğuluram, çuvalı başımdan çıxarın. Klostrofobiyam (qapalı yer qorxusu) var” dediyini söyləyib.
Karaman cinayətlə bağlı istintaqın davam etdiyini, polisin Camal Qaşıqçının cəsədini tapmağa yaxınlaşdığını, onu qətlə yetirən komandaya məxsus alətlətin fotolarının da yaxın günlərdə KİV-də paylaşılacağını qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib