Dərc edilib: 19-11-2018

https://www.nuh.az/17962-.html

Bakıda məşhur “avtoş” öldürüldü - Video

19.11.2018 08:15:26

Kriminal

Dünən günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb.


 Xezexeber.az  xəbər verir ki, o, polisə könüllü şəkildə təslim olub.

Məlumata görə, qətlə yetirilən Cabir Babayev Bakının məşhur “avtoş”larından olub və “Cabir-012” adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib