Dərc edilib: 20-11-2018

https://www.nuh.az/17979-.html

Novruz Novruzlu dünyasını dəyişdi

20.11.2018 12:25:15

Mədəniyyət

“Savalan” musiqi qrupunun bədii rəhbəri və solisti Novruz Novruzlu dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. 

İlahi mahnıların tanınmış ifaçısı 58 yaşında vəfat edib. N. Novruzlunun yaxınları "facebook"da onun fotosunu paylaşaraq ailəsinə başsağlığı veriblər.

Qeyd edək ki, sənətçinin 17 yaşlı qızı Nədimli Novruzlu 4 il bundan əvvəl dəm qazından boğularaq faciəli şəkildə həyatını itirmişdi. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib