Dərc edilib: 20-11-2018

https://www.nuh.az/17981-.html

Kəmaləddin Heydərov təcili Gəncəyə getdi (FOTOLAR)

20.11.2018 12:49:21

İqtisadiyyat
Gəncə şəhərinin Kəpəz rayonunda 4 mərtəbəli yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gediblər.

Bu haqda Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub. O, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​
 
Xatırladaq ki, hadisə nəticəsində dağıntılar altında qalmış 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər isə yaralı vəziyyətdə tapılaraq, xəstəxanaya yerləşdirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib